Bakı,TurkicWorld
Türkiyə ilə Özbəkistan arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində iki mühüm sazişin təsdiq edilməsi ilə bağlı qərarlar “Resmi Gazete”də dərc olunub.
TurkicWorld xəbər verir ki, 29 mart 2022-ci ildə Daşkənddə imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Hərbi Çərçivə Sazişi” hərbi təlimlər, müdafiə sənayesi, silahlı qüvvələrin təchizatı, hərbi kəşfiyyat, maddi-texniki əməkdaşlıq, hərbi tibb xidmətləri və kibermüdafiə kimi sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur.
Bundan əlavə, 23 mart 2021-ci ildə Ankarada imzalanmış “Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq Sazişi” də təsdiq edilib.
Bu saziş müdafiə sənayesi potensialının artırılması, istehsal, tədarük, texniki əməkdaşlıq və logistika dəstəyi sahələrində birgə işləri əhatə edir.