Son dəqiqə

Türkiyə Suriya Fahrettin Altun

Türkiyə və Suriya kommunikasiya sahəsində əməkdaşlığı müzakirə edib

Bakı,TurkicWorld

Türkiyənin Rabitə İnformasiya naziri Fahrettin Altun, Suriyada yeni hökumətin İnformasiya Naziri Məhəmməd Yakub Əl-Ömər ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, görüş zamanı, Suriyanın yeni hökuməti ilə Türkiyə arasında media və kommunikasiya sahəsində əməkdaşlıq, həmçinin dezinformasiya ilə mübarizə kimi məsələlər müzakirə edilib.

Altun, media və kommunikasiya sahəsinin əhəmiyyətini vurğulayaraq, Suriya xalqının real fikirlərinin beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırılmasının vacib olduğunu qeyd edib. O, qara təbliğat, dezinformasiya və sistemli yalanlara qarşı sərt addımların atılmasının zəruri olduğunu bildirərək, bu sahədə hər cür dəstəyi verməyə hazır olduqlarını ifadə edib.

Rabitə sahəsində əməkdaşlığın konkretləşməsi üçün Suriyaya texniki ekspert heyəti göndərilməsi təklif edilib. Məhəmməd Yakub Əl-Ömər isə Türkiyəni nümunə götürərək Suriyanın rabitə sahəsində işlərini davam etdirəcəyini bildirib və Prezident Rəcəb Tayyib Ərdoğana dəstək üçün təşəkkürlərini ifadə edib.

Əl-Ömər, Fahrettin Altunu Suriyaya dəvət edərək işləri yaxından izləmək və əməkdaşlığı gücləndirmək üçün gəlmək istədiklərini də bəyan edib.

Mövzuya görə xəbərlər