Son dəqiqə

Türkiyə

Türkiyə sahillərində 100-dən çox qeyri-qanuni miqrant saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin Muğla vilaytinin Bodrum rayonu sahillərində 102 qeyri-qanuni miqrant rezin qayıqlarda saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı açıqlama verib.

Rayonda yerləşən Sahil Mühafizəsi Səyyar Radarı müxtəlif vaxtlarda 3 rezin qayıqda bir qrup qeyri-qanuni miqrantı aşkar etdikdən sonra bölgəyə qrup göndərilib.

Sahil Təhlükəsizlik qrupları tərəfindən dayandırılan 3 rezin qayıqda 50-si uşaq olmaqla 102 qeyri-qanuni miqrantı yaxalanıb.

Qeyri-qanuni miqrantlar əməliyyatlarından sonra İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər