Son dəqiqə

Türkiyə

Türkiyədə 20 min litrə yaxın saxta yağ ələ keçirilib

Bakı, TurkicWorld

Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunda jandarmın 2 ev və 2 avtomobilə qarşı keçirdiyi əməliyyatda 19 min 500 litr saxta zeytun yağı ələ keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Balıkesir Jandarma Komandanlığı açıqlama verib.

Açıqlamada qeyd edilib ki, jandarmanın xalq sağlamlığına təhlükə yaradan qida məhsullarının istehsalı və ticarət markasının pozulması cinayətlərinə qarşı apardığı kəşfiyyat araşdırmaları nəticəsində Edremit rayonunda saxta zeytun yağı istehsal edildiyi müəyyən edilib.

Əməliyyat zamanı bazar dəyəri 7 milyon 800 min türk lirəsi olan 19 min 500 litr saxta zeytun yağı ələ keçirilib və iki şübhəli saxlanılıb.

Araşdırma zamanı şübhəlilərin bazardan əldə etdikləri xurma və soya kimi ucuz bitki yağlarına dadlandırıcı və sənaye boyaları qataraq imitasiya və saxta məhsullar istehsal etdikləri müəyyən edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər