Son dəqiqə

Türkiyə FETÖ Ali Yerlikaya

Türkiyənin 23 vilayətində FETÖ-yə qarşı əməliyyatlar keçirilib

Bakı, TurkicWorld

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya FETÖ-yə qarşı son bir həftədir 23 vilayətdə davam etdirilən “Kıskaç-34” əməliyyatlarında 110 şübhəlinin tutulduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, Nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada son bir həftədir FETÖ-yə qarşı davam edən “Kıskaç-34” əməliyyatları ilə bağlı məlumat verib.

Nazir Yerlikaya əməliyyatların İstanbul, Ankara və Antalya daxil olmaqla 23 vilayətdə aparıldığını və bu çərçivədə 110 şübhəlinin tutulduğunu bildirib.

Nazir Yerlikaya, tutulan şəxslərin FETÖ-nün indiki strukturlarında aktiv şəkildə iştirak etdiklərini, təşkilatın məsul şəxsləri ilə taksofon vasitəsilə əlaqə saxladıqlarını və “Bylock” rabitə proqramından istifadə etdiklərini vurğulayıb.

Mövzuya görə xəbərlər