Son dəqiqə

Türkiyə Suriya

Suriya XİN Türkiyəyə səfər edəcək

Bakı, TurkicWorld

Suriya nümayəndə heyəti rəsmi olaraq ilk səfərini yanvarın 15-də Türkiyəyə edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibaninin X sosial şəbəkəsində paylaşdığı bəyanatında deyilir.

"Sabah 14 ildir ki, Suriya xalqını tərk etməyən Türkiyə Respublikasına ilk rəsmi səfər edəcək və yeni Suriyanı təmsil edəcəyik", - deyə Suriya XİN rəhbərinin bəyanatında deyilir.

Bundan əvvəl isə, Türkiyə mediası Əl-Şibaninin müdafiə naziri Murhaf Əbu Kəsra və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Ənəs Həsən Xəttabın müşayiəti ilə Türkiyənin paytaxtı Ankaraya səfər edəcəyini yazıb.

Səfər zamanı hər iki ölkə rəsmilərinin təhlükəsizlik, sərhədlərin idarə olunması və regional əməkdaşlıqla bağlı mühüm danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, Əl-Şibani dekabrın 21-də Suriyanın müvəqqəti hökuməti tərəfindən Bəşər Əsəd rejiminin devrilməsindən sonra xarici siyasət idarəsinin ilk rəhbəri olmaqla Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilmişdi.

Mövzuya görə xəbərlər