Son dəqiqə

Türkiyə Ermənistan Nikol Paşinyan

Türkiyə ilə diplomatik münasibətlər quraraq sərhədlərimizi açmalıyıq – Paşinyan

Bakı, TurkicWorld

Biz Türkiyə ilə diplomatik münasibətlər qurmalı və quru sərhədlərimizi açmalıyıq.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.

"Mən Türkiyədə baş verən müzakirələri izləyərək deyə bilərəm ki, Türkiyədə müəyyən qavrayışlarda kiçik, amma açıq bir dəyişiklik baş verir", - Nikol Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb. Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib.

Mövzuya görə xəbərlər