Nikol Paşinyan

“Artsax” adının istifadəsi müharibəyə çağırışdır - Paşinyan

Bakı. TurkicWorld:

Kilsələrdə keçirilən dini ayinlər zamanı "Artsax"ın xatırladılması müharibəyə çağırışdır və bu, Azərbaycanla sülh prosesinə mane olur.

TurkicWorld Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı jurnalistlərə deyib.

Paşinyan xatırladıb ki, Azərbaycanla müharibə başa çatıb və buna görə də artıq heç bir "Qarabağ hərəkatı" mövcud deyil. Onun sözlərinə görə, istənilən tribunadan "Artsax Respublikası" adının çəkilməsi "müharibəyə aparan yol" deməkdir.

"Yaxşı, biz başa düşürük, gəlin hamımız "Artsax Respublikasına" istinad etməyə başlayaq, bu nə deməkdir? Bu, münaqişə deməkdir. Belə hər bir ifadə müharibəyə çağırış deməkdir: bu gün, sabah, birisi gün, ondan sonrakı gün - bilmirəm, amma bu, müharibəyə çağırış deməkdir", — deyə Ermənistanın baş naziri qeyd edib.

Mövzuya görə xəbərlər