Son dəqiqə

Ermənistan Nikol Paşinyan Beynəlxalq Valyuta Fondu

Paşinyanın qələbəsindən sonra Ermənistana 25 milyon dollar ayrıldı

BAKI,TurkicWorld

Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistan üçün təxminən 25,1 milyon dollar həcmində əlavə maliyyə çıxışını təsdiqləyib.

TurkicWorld xəbər verir ki, bu barədə fondun rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata görə, BVF-nin İcraiyyə Şurası Ermənistanla 2025-ci il üzrə ehtiyat sazişi — "Stand-By Arrangement" çərçivəsində birinci icmalı yekunlaşdırıb. Bununla da ölkəyə 18,4 milyon SDR, yəni təxminən 25,1 milyon dollar məbləğində əlavə maliyyə çıxışı təqdim olunub.

Proqramın əsas məqsədi Ermənistan hökumətinin iqtisadi və maliyyə sabitliyinin qorunmasına, eləcə də davamlı, inklüziv və balanslaşdırılmış iqtisadi artımın dəstəklənməsinə yönəlmiş islahatlarını dəstəkləməkdir.

Qeyd olunur ki, bu proqram çərçivəsində vəsaitin ümumi həcmi təxminən 50,2 milyon dollar təşkil edəcək.

BVF-dən bildirilib ki, Ermənistan hökuməti sazişə preventiv mexanizm kimi yanaşır və kəskin zərurət yaranmadığı halda ayrılan vəsaitdən istifadə etməyi planlaşdırmır.

Mövzuya görə xəbərlər