Bakı,TurkicWorld
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə səfər edib.
O, bu barədə "Facebook" səhifəsində paylaşım edib və video yayımlayıb.
Qeyd edək ki, Paşinyan "Euronews" telekanalının təşkilatçılığı ilə "Avropanın gələcəyi" şüarı altında keçiriləcək "Aİ-nin genişlənməsi üzrə Sammit – 2026" tədbirində iştirak edəcək.
Tədbir çərçivəsində Paşinyanın xarici tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.






