Son dəqiqə

Nikol Paşinyan

Paşinyan müxalifəti "məhv etməsi" ilə öyündü

Bakı,TurkicWorld

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətə qarşı sərt bəyanatla çıxış edib. O, ölkədə xaricdən idarə olunduğunu iddia etdiyi müxalifətin aradan qaldırılmasının vacibliyini bildirib və yeni, dövlət maraqlarını əsas götürən müxalifətin formalaşdırılmasına çağırıb.

Bu barədə "Alpha News" məlumat yayıb.

Paşinyan sosial şəbəkədəki "Facebook" hesabında paylaşdığı videomüraciətdə "müharibə partiyasının üçbaşlı qüvvəsinin məhv edildiyini" iddia edib. O, bu fikrini yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin nəticələri ilə əlaqələndirib.

"Ermənistanda xaricdən idarə olunan casus müxalifəti kökündən yox etmək lazımdır", – deyə Paşinyan bildirib.

Baş nazir ölkədə dövlət maraqlarını əsas götürən yeni müxalifətin formalaşmasının vacib olduğunu qeyd edib. Bununla belə, onun sözlərinə görə, belə bir siyasi qüvvəni hökumət yaratmamalıdır.

Paşinyan yeni müxalifətin formalaşdırılması məsələsi ətrafında ictimai müzakirələrin təşkil edilməsinin zəruriliyini də vurğulayıb.

Baş nazirin bu açıqlamaları Ermənistanda hakimiyyətlə müxalifət arasındakı siyasi qarşıdurmanın fonunda səsləndirilib.

Mövzuya görə xəbərlər