Bakı,TurkicWorld
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini xüsusi olaraq yaradılmış internet saytında dərc edib.
Bu barədə Paşinyan Facebook səhifəsində məlumat verib.
O bildirib ki, yeni Konstitusiya layihəsinin vətəndaşlar üçün daha əlçatan olması, onların sənədlə rahat tanış ola bilməsi və təkliflərini təqdim etməsi məqsədilə xüsusi internet saytı yaradılıb.
Diqqətçəkən məqam isə yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yer almamasıdır.






