Son dəqiqə

Ermənistan

Ermənistan parlamentində deputatlar əlbəyaxa olub

Bakı,TurkicWorld

Oktyabrın 29-da Ermənistan parlamentinin iclası zamanı deputatlar arasında kütləvi dava baş verib.

"News.Am" portalının məlumatına görə, hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı hakim blokun deputatları ilə müxalifətdən olan "Güclü Ermənistan" partiyasının nümayəndələri arasında əvvəlcə qarşıdurma yaranıb.

Ardınca mübahisə dərinləşib və birbaşa olaraq Taron Çaxoyanla "Güclü Ermənistan" partiyasının deputatı Qarnik Davtyan arasında dava düşüb. Daha sonra insidentə onlarla deputat qoşulub.

Deputatlar bir birinə yumruq və su butulkaları atıblar.

Mövzuya görə xəbərlər