Son dəqiqə

Ermənistan

Ermənistanda siyasətçi saxlanılıb

BAKI,TurkicWorld

Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları "Həyat üçün ölkə" partiyasından olan Artik şəhərinin meri vəzifəsinə namizəd Artur Astoyanı və onun bir neçə tərəfdarını saxlayıblar.

Bu barədə partiyanın "Facebook" səhifəsində məlumat verilib.

"‘Həyat naminə ölkə’ partiyasından Artik icmasının rəhbəri vəzifəsinə namizəd Artur Astoyan və onun bir neçə tərəfdarı bu gün səhər saatlarında güc strukturlarının əməkdaşları tərəfindən saxlanılaraq polisə aparılıblar. Bu, hakimiyyətin komandamıza qarşı növbəti qanunsuz repressiyasıdır. Məqsəd Artik icmasında hakimiyyət dəyişikliyinin qarşısını almaqdır. Biz demokratiya və ölkədə qanuni hakimiyyətin bərqərar olması uğrunda mübarizəmizi davam etdirməkdə qərarlıyıq", – deyə məlumatda bildirilir.

Bundan əvvəl oktyabrın 21-də müxalifətdə olan "Güclü Ermənistan" partiyası yerli seçkilər ərəfəsində Stepanavan şəhərində tərəfdarlarının evlərində axtarışlar aparıldığını və onların saxlanıldığını açıqlayıb.

Həmin gün "Güclü Ermənistan" partiyasından Lori vilayətinin Stepanavan şəhərinin meri vəzifəsinə namizəd Arsen Gevorqyan da saxlanılıb. O, daha sonra iki ay müddətinə həbs edilib.

Sonradan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib ki, oktyabrın 21-22-də seçkiqabağı rüşvət verilməsi ilə bağlı cinayət işi çərçivəsində 24 nəfər saxlanılıb və onlara ittihamlar irəli sürülüb.

Mövzuya görə xəbərlər