BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyə Jandarma Baş Komandanlığı Azərbaycan Respublikasının Daxili Qoşunlarının yaradılması münasibətilə təbrik mesajı yayımlayıb.
TurkicWorld xəbər verir ki, Türkiyə Jandarma Baş Komandanlığının rəsmi sosial media hesabında paylaşım edilərək Azərbaycan Daxili Qoşunlarının yaranma günü münasibətilə təbrik ünvanlanıb.
“Azərbaycan Respublikasının Daxili Qoşunlarının yaradılması günü mübarək olsun”- deyə paylaşımda qeyd olunub.
Təbrik mesajı Türkiyə və Azərbaycan bayraqları ilə birlikdə paylaşılaraq iki ölkə arasında qardaşlıq münasibətlərinə diqqət çəkilib.







