Azərbaycan

Bu ilin 10 ayında Azərbaycandan Ermənistana olan ixracın dəyəri açıqlanıb

Bakı, TurkicWorld

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 699,21 min dollar dəyərində mal ixrac olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabata əsasən, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08 faizini təşkil edib.

On ayda isə Azərbaycan Ermənistandan 96,46 min dollar dəyərində mal idxal edib.

Mövzuya görə xəbərlər