Son dəqiqə

Azərbaycan

WADA prezidenti Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib

Bakı, TurkicWorld

Azərbaycanda kifayət qədər güclü antidopinq agentliyi fəaliyyət göstərir. Hər bir ölkə dopinqlə qlobal mübarizədə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Bunu Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka təşkilatın Astana şəhərində keçirilən Təsisçilər Şurasının iclası çərçivəsində təşkil olunan mətbuat brifinqində TurkicWorld-un müxbirinin sualını cavablandırarkən deyib.

O, çoxsaylı antidopinq tədbirlərinin keçirilməsinə və maarifləndirmə proqramlarının inkişafına diqqət çəkib. Onun sözlərinə görə, agentlik Azərbaycanla daim əlaqə saxlayır və əməkdaşlığın gələcəkdə də davam etdirilməsində maraqlıdır.

V.Banka qeyd edib ki, digər ölkələr kimi Azərbaycan da antidopinq siyasətini inkişaf etdirməli, sistemin dayanıqlılığını təmin etməli, onun maliyyələşdirilməsinə və gələcək inkişafına diqqət yetirməlidir.

Qlobal çağırışlara toxunan WADA prezidenti dünyanın müxtəlif regionlarında antidopinq siyasətinin inkişaf səviyyəsinin qeyri-bərabər olması və müəyyən edilmiş qaydalara əməl olunması ilə bağlı problemlərdən danışıb.

O, maarifləndirmə işinin, pozuntuların qarşısının alınmasının və aşkar edilməsinin, təqsirkarların məsuliyyətə cəlb olunmasının, dəstək göstərilməsinin, eləcə də gənclərin öz hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər