Bakı, TurkicWorld
Netanyahu hökuməti müharibəni genişləndirmək istəyir.
TurkicWorld xəbər verir ki, bu barədə AK Partiya sözçüsü Ömer Çelik deyib.
"Netanyahu, müharibənin Livandan tutmuş İrana qədər geniş bir əraziyə yayılmasını istəyir. Bunun İsraili müdafiə etməklə heç bir əlaqəsi yoxdur.” – deyə Çelik bildirib.
O qeyd edib ki, Netanyahu hökuməti etdiklərinə görə cavab verəcək
Xatırladaq ki, Livanda peycerlərin partlaması nəticəsində 3000-dən çox insan yaralanıb.
Hafiz Rufizoğlu