Son dəqiqə

Fransa

Büdcə kəsiri ilə bağlı vəziyyət son dərəcə ağırdır - Fransanın baş naziri

Bakı. TurkicWorld

Fransada dövlət büdcəsinin kəsiri səbəbindən vəziyyət ağır olaraq qalır.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mişel Barnye deyib.

“Ölkədə büdcə ilə bağlı vəziyyət çox ciddidir. Mən onun real vəziyyətini qiymətləndirmək üçün hökumətdən hərtərəfli məlumat tələb etdim”, - o bildirib.

Fransa Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə büdcə kəsiri 5,6 faiz təşkil edə bilər. Bu rəqəmin daha əvvəl elan olunmuş 5,1 faiz səviyyəsində saxlanılması üçün sərt qənaət tədbirləri görülməli və daha 16 milyard avro məbləğində vəsait təmin edilməlidir.

Mövzuya görə xəbərlər