Son dəqiqə

Fransa qasırğa

Fransada Çido qasırğasından ölənlərin sayı artmaqdadır

Bakı, TurkicWorld

Hind okeanındakı Mayotte adasını vuran Çido qasırğası səbəbindən ölənlərin sayı artmaqdadır.

TurkicWorld xəbər verir ki,Mayottenin qubernatoru Fransua-Xavier Bieuville adada dağılan evlər və iş yerləri səbəbindən axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Rəsmi itki sayının hazırda 14 olduğu, lakin bu rəqəmin yüzlərlə, hətta minə yaxınlaşa biləcəyi bildirilib.

Fransa materikindən və qonşu Reunion adasından adaya 800-dən çox xilasetmə qrupu göndərilib. Qasırğa ilə bağlı vəziyyəti qiymətləndirmək üçün Daxili İşlər naziri Bruno Retallonun bu gün Mayottaya səfər etməsi, prezident Emmanuel Makronun isə bölgəyə səfər edərək nazirliklərarası böhran masası yaratması gözlənilir.

Qeyd edək ki,hadisəyə səbəb olan qasırğa dekabrın 14-də adaya çatıb və saatda 220 km sürətlə hərəkət edərək geniş miqyasda dağıntılara səbəb olub.
Paytaxt Mamoudzoudakı xəstəxana binası, liman və bəzi məktəblər də daxil olmaqla, bir çox bina zərər görüb. Müvəqqəti evlərin də böyük hissəsi tamamilə dağılıb.

Mövzuya görə xəbərlər