Son dəqiqə

Türkiyə narkotik ticarəti

Türkiyədə terror təşkilatının narkotik şəbəkəsinə əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyənin Van sərhəd xəttində terror təşkilatının ən böyük dəstəkçiləri olan narkotik şəbəkələrinə qarşı keçirilən əməliyyatda 57 kilo 140 qram narkotik maddə ələ keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada qeyd edilib ki, Van sərhəd xəttində aparılan axtarış və yoxlama tədbirləri zamanı 30 kilo 960 qram metamfetamin və 26 kilo 180 qram marixuana olmaqla cəmi 57 kilo 140 qram narkotik maddə ələ keçirilib.

Bildirilib ki, müsadirə edilən narkotik vasitələr jandarma əməkdaşlarına təhvil verilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər