Son dəqiqə

Türkiyə ABŞ Suriya Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Gülər

Türkiyə SDQ-yə Ultimatum verdi

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya ordusuna inteqrasiya olmayı qəbul etməməsi halında, Türkiyənin lazım olan addımları heç kimə soruşmadan atacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Gülər nazirliyin illik hesbat iclasında danışıb.

“2016-cı ildən etibarən Suriyada həyata keçirdiyimiz əməliyyatlarda ABŞ da, Rusiya da orada idi və biz lazım olanı heç kimə soruşmadan etdik və tamamladıq. Gələcəkdə ehtiyac yaranarsa, lazım olanı yenə heç kimə soruşmadan edəcəyik”- deyə Gülər bildirib.

Türkiyədə davam edən “Terrorsuz Türkiyə” prosesinin Suriya aspektlərinə dair danışan Nazir, 10 martda Dəməşq ilə SDQ arasında imzalanan razılaşmaya da diqqət çəkib.

“Suriyadakı hadisələrin inkişafını diqqətlə izləyirik. Başdan mövqeyimizi müəyyən etdik və geri addım atmaq fikrində deyilik. Suriyada yeni hökumət və yeni dövlət başçısı var. Onlara ölkədə nizam-intizamı təmin etmək üçün vaxt tanınmalıdır. Suriya prezidenti ölkəsindəki bütün qrupları bir araya gətirəcəyini açıqlayıb və əməl edir. SDQ-nin inteqrasiyasına dair planlarımız hazırdır və gücümüz kifayətdir”- deyə nazir vurğulayıb.

Mövzuya görə xəbərlər