BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyə, Müdafiə Sənayesi İcra Komitəsinin qərarları çərçivəsində Çelik Kubbe hava müdafiə sistemini inventarına əlavə edib.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihənin uğurla həyata keçirildiyini və sistemin artıq istifadəyə verildiyini açıqlayıb.
Ərdoğan bildirib ki, Müdafiə Sənayesi İcra Komitəsi çərçivəsində başlayan layihələrin nəticələri bir-bir toplanır və Çelik Kubbe də bu müvəffəqiyyətlərin nümunəsidir. Sistem, ölkənin strateji hava müdafiəsini gücləndirəcək və həm Türkiyənin, həm də müttəfiqlərinin təhlükəsizliyinə dəstək olacaq.
Məlumat Prezident Ərdoğan tərəfindən Müdafiə Sənayesi sahəsindəki son uğurların təqdim olunduğu toplantıda verilib. Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə yalnız məhsul istehsal etməklə kifayətlənmir, həm də ekosistemi, insan resurslarını və texnologiya istehsal qabiliyyətini inkişaf etdirir.







