Son dəqiqə

Azərbaycan Türkiyə Dövlət Gömrük Komitəsi Balakən

Balakən Gömrük İdarəsi külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz idxalının qarşısını alıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi bildirib.

Mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə edildiyindən yükə gömrük yoxlaması tətbiq olunub.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 000 ədəd dərman və tibbi vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər