BAKI,TurkicWorld
Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşları Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi" medalı ilə təltif olunublar.
Medalları əməkdaşlara Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Sevil Mikayılova təqdim edib.
Medalların təqdimat mərasimində milli mətbuatının inkişafına göstərdikləri daimi diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təşəkkür ifadə olunub.
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Trend Beynəlxalq İnformasiya Agentliyinin 9 əməkdaşı, Day.az xəbər portalının 4, Milli.az xəbər portalının 1 və Azernews qəzetinin 2 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalları ilə təltif ediliblər.
"Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalları ilə təltif olunan əməkdaşların siyahısını təqdim edirik:
İlqar Hüseynov - Trend İnformasiya Agentliyin Direktoru
Cəmilə Ocaqova - Trend İnformasiya Agentliyinin direktor müavini
Sahil Kərimli - Trend İnformasiya Agentliyinin direktor müavini
Elçin Ağacanov - Trend İnformasiya Agentliyinin direktor müavini
Rufiz Rəhimov - Tend İnformasiya Agentliyinin direktor müavini
Emin Əliyev - Trend İnformasiya Agentliyinin Baş redaktoru
Leyla Abdullayeva - Trend İnformasiya Agentliyinin Monitorinq üzrə direktoru
Ləman Zeynalova - Trend İnformasiya Agentliyin Baş redaktor müavini
Vüqar İmanov - Trend İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin müdiri
Maryana Əhmədova - Day.az xəbər portalının Baş redaktoru
İbrahim Əliyev - Day.az xəbər portalının baş redaktor müavini
Leyla Tarıverdiyeva - Day.az xəbər portalının redaktoru
Aytəmiz Məmmədova - Day.az xəbər portalının redaktoru
Asif Dəmirov - Milli.az xəbər portalının baş redaktoru
Elnur Ənvəroğlu - Azernews qəzetinin baş redaktor müavini
Qabil Aşirov Ayaz - Azernews qəzetinin siyasi, iqtisadi analitik yazarı
Qeyd edək ki, bu ilin fevralın 20-də Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sənədə əsasən, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı" təsis edilib.







