Son dəqiqə

Trend İnformasiya Agentliyi

Trend BİA İran və Orta Asiyanın aparıcı regional media orqanıdır

BAKI, TurkicWorld

2025-ci ilin yekunlarına görə Trend informasiya agentliyi regiondan dünyaya aktual və tələbatlı informasiya təqdim edən media qurumu kimi Mərkəzi Asiya ölkələri və İranın aparıcı KİV-lərini qabaqlayıb.

TurkicWorld milli.az-a istinadən xəbər verir ki, bu barədə müstəqil "Mediologiya" platformasının məlumatlarında qeyd olunur.

Aşağıda təqdim olunan diaqramlar agentliyin aparıcı mövqeyini təsdiqləyir.

Qeyd edək ki, Trend BİA Xəzər dənizi regionu və Mərkəzi Asiyada baş verən əsas hadisə və proseslərin işıqlandırılması üzrə ixtisaslaşmış müstəqil informasiya agentliyidir.

"Mediologiya" KİV və sosial medianın monitorinqi və analizi sahəsində lider hesab olunur. "Mediologiya"nın məhsullarından aparıcı kommersiya şirkətləri, dövlət nazirlikləri və qurumları, həmçinin regional administrasiyalar istifadə edir. Platforma avtomatik olaraq təxminən 250 min platformanı monitorinq edir.

Mövzuya görə xəbərlər