Bakı, TurkicWorld
Türkiyə xarici işlər naziri Hakan Fidan Livanda peycerləri partlatmaqla həyata keçirilən hücumlardan sonra Livanın baş naziri Mikati ilə telefon danışığı aparıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, Fidan, Mikati ilə telefon danışığı zamanı Livanda peycerlərin partladılması ilə həyata keçirilən hücumlarla bağlı məlumat alıb.
Görüşdə Fidan Livan xalqına partlayışlar nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib.
Xatırladaq ki, Livanda peycerlərin partlaması nəticəsində 3000-dən çox insan yaralanıb.
Hafiz Rufizoğlu