Bakı, TurkicWorld
Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitlik və inkişaf üçün vacibdir.
TurkicWorld "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Azərbaycanda keçirilən Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, qurulacaq daimi sülh həm də Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa xətti əlaqələrini, o cümlədən, Zəngəzur dəhlizinin açılmasını təmin edəcək.
İ.Kalın konfransda çıxışı zamanı, həmçinin, qlobal mühitdə etimad böhranları, artan terror təhlükəsi və onların yaratdığı humanitar nəticələrə toxunub.