Son dəqiqə

Türkiyə İstanbul İlber Ortaylı İlber Ortaylı kimdir İlber Ortaylı vəfat etdi

Türkiyə İlber Ortaylı ilə vidalaşır

BAKI,TurkicWorld

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı son mənzilə yola salınır. 78 yaşında çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edən alim üçün bu gün İstanbulda vida mərasimləri keçirilir.

TurkicWorld xəbər verir ki, professor İlber Ortaylı üçün ilk anım mərasimi İstanbulda Qalatasaray Universitetində təşkil olunub.

Məlumata görə, mərasimdən sonra tanınmış tarixçi İstanbulun Fatih məscidində qılınacaq ikindi namazından sonra məscidin həyətində yerləşən məzarlıqda dəfn olunacaq.

Bildirilir ki, İlber Ortaylının dəfn ediləcəyi Fatih məscidi həyətində tanınmış tarixçi Halil İnalcık, sənət tarixçisi Semavi Eyice, tarixçi Kemal Karpat və İstanbulun keçmiş meri Kadir Topbaşın da məzarları yerləşir.

Eyni zamanda, İstanbul Polis İdarəsinin Yol Nəzarəti Bölməsi mərasimlə əlaqədar olaraq Fatih rayonunda bəzi yolların müvəqqəti olaraq nəqliyyat üçün bağlanacağını açıqlayıb.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunub.

Mövzuya görə xəbərlər