Son dəqiqə

Azərbaycan Türkiyə Yalçın Rəfiyev COP31

Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək - Yalçın Rəfiyev

BAKI,TurkicWorld

Azərbaycan COP31-in uğurla keçirilməsi üçün qardaş Türkiyəyə dəstəyini ifadə edib və iqlim gündəliyinin irəli aparılması istiqamətində əməkdaşlığı davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un başdanışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında keçirilən brifinqdə bildirib.

Nazir müavini qeyd edib ki, COP prosesi Birləşmiş Millətlər Təşkilatı sistemində ən inklüziv platformalardan biridir və bu proses yalnız hökumət nümayəndələrini deyil, həm də vətəndaş cəmiyyətini, akademik dairələri, gəncləri və digər maraqlı tərəfləri bir araya gətirir:

"Azərbaycan 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etməklə ölkənin müstəqillik tarixində ən mühüm beynəlxalq tədbirlərdən birini təşkil edib. Onun sözlərinə görə, əldə olunan nəticələr COP prosesində əlamətdar mərhələ kimi yadda qalıb.

COP çərçivəsində yüksəksəviyyəli çempionlar mühüm rol oynayır və onların fəaliyyəti hökumətlərarası danışıqları qeyri-dövlət aktorlarının töhfələri ilə tamamlayır".

Rəfiyev Türkiyədə keçiriləcək COP31-ə hazırlıq prosesinə də toxunaraq bildirib ki, bu tədbirin yüksəksəviyyəli çempionu olan Samet Arvas iqlim sahəsində zəngin təcrübəyə malikdir və artıq müxtəlif maraqlı tərəflərlə fəal şəkildə əməkdaşlıq edir.

"Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in təyin olunmuş prezidenti kimi hazırlıq prosesinə fəal şəkildə rəhbərlik edir", - o əlavə edib.

Mövzuya görə xəbərlər