Son dəqiqə

Türkiyə CANİK silah şirkəti

Türkiyə istehsalı CANİK TTI Combat dünyanın ən yaxşı silahı seçilib

Bakı, TurkicWorld

Dünyanın aparıcı yüngül və orta çaplı silah istehsalçılarından biri olan CANİK-in TTI COMBAT silahı sənayenin OSCAR-ı sayılan Beynəlxalq Uyğunluq Assosiasiyasında (ICA) ilin ən yaxşısı seçilib.

TurkicWorld xəbər verir ki, bu barədə CANİK-in baş direktoru Cahit Utku Aral açıqlama verib.

O, TTI COMBAT-ın həm texnologiya, həm də dizayn baxımından üstünlüyünün qlobal arenada bir daha sübut olunduğunu bildirib.

“CANİK təkcə bir marka olaraq deyil, həm də qlobal arenada Türkiyənin müdafiə sənayesi gücünü təmsil edən bir element kimi dünya miqyasında əldə etdiyi uğurları ilə seçilir. Biz beynəlxalq arenada bu yürüşə töhfə verməkdən qürur duyuruq.” – deyə Cahit Utku Aral qeyd edib.

Xatırladaq ki, 2019-cu ildə CANİK TP9 ELITE DÖYÜŞ tüfəngi "İlin Ən Yaxşı Silahı" mükafatını qazanıb və bu sahədə silah sənayesində yeni bir çığır açıb.

TTI COMBAT-ın yenicə qazandığı mükafatla dünyada tanınmasını artırması və yaxın illərdə Hollivudda müxtəlif prodakşnlarda tamaşaçıların qarşısına çıxması gözlənilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər