Son dəqiqə

Rumıniya

Rumıniyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb

Bakı. TurkicWorld

Rumıniyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 11,3 min nəfərin yaşadığı Nehoyu şəhərindən 17 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar Ukrayna, Moldova və Bolqarıstanda da hiss olunub.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mövzuya görə xəbərlər