Son dəqiqə

Indoneziya BRİKS

İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub

Bakı. TurkicWorld:

İndoneziya rəsmi olaraq BRİKS-in tamhüquqlu üzvü kimi birliyə qoşulub.

TurkicWorld xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi assosiasiyaya sədrliyi çərçivəsində yanvarın 6-da bəyanat yayıb.

"Braziliya hökuməti İndoneziya Respublikasının bu gün, yanvarın 6-da BRİKS-ə tamhüquqlu üzv kimi daxil olduğunu elan edir", - deyə nazirliyin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, İndoneziyanın namizədliyi 2023-cü ilin avqustunda Yohannesburqda keçirilmiş sammitdə BRİKS liderləri tərəfindən təsdiq edilib.

Braziliya hökuməti İndoneziyanı birliyə qoşulması münasibətilə təbrik edərək vurğulayıb ki, Cənub-Şərqi Asiyanın ən böyük əhalisi və iqtisadiyyatına malik olan bu ölkə, qlobal idarəetmə institutlarının islahatı və qlobal Cənubda əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm töhfə verəcək.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi 2025-ci ildən bir sıra dövlətlərin BRİKS-ə tərəfdaş ölkələr kimi qoşulacağını bildirmişdi. Bu siyahıya İndoneziya ilə yanaşı Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan da daxildir.

Mövzuya görə xəbərlər