Son dəqiqə

Indoneziya zəlzələ

İndoneziyada 7,7 bal gücündə zəlzələ 51 nəfərin həyatına son qoyub

BAKI,TurkicWorld

İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində azı 51 nəfər ölüb, torpaq sürüşmələri baş verib və yollar bağlanıb. Təbii fəlakət səbəbindən təxminən 5 min nəfər təxliyə olunub.

Bu barədə İndoneziya hakimiyyəti məlumat yayıb.

Şənbə günü Şərqi Nusa-Tenqara əyalətində baş verən zəlzələ nəticəsində 36 nəfər ağır xəsarət alıb, 77 nəfərin isə yüngül yaralandığı bildirilir. Zəlzələdən sonra 341 yeraltı təkan qeydə alınıb. Fəlakət nəticəsində Sikka rayonunda 3300-dən çox insan öz təşəbbüsü ilə təhlükəsiz ərazilərə köçüb və ya idman arenasında qalmağa məcbur olub. Dağılan evlərin sakinlərindən bəziləri çadırlarda gecələyib, yaralılara isə müvəqqəti tibbi çadırlarda yardım göstərilib.

Sikka rayonunun rəhbərinin müavini Saymon Subandi bildirib ki, əhalinin böyük hissəsi evlərində qalmaqdan qorxur və gecəni eyvanlarda və ya açıq havada qurulan çadırlarda keçirib.

Mövzuya görə xəbərlər