Son dəqiqə

Rusiya zəlzələ EMSC

Rusiyada zəlzələ olub

BAKI,TurkicWorld

Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası (REA) Sibir Bölməsinin Vahid Geofizika Xidmətinin Baykal filialının mütəxəssisləri məlumat veriblər.

Yeraltı təkanlar oktyabrın 5-də, bazar ertəsi, yerli vaxtla saat 06:54-də (Bakı vaxtı ilə 02:54-də) qeydə alınıb. Zəlzələnin maqnitudası Rixter şkalası üzrə 4,1-ə çatıb. Seysmoloqlar bunu episentr ərazisində cüzi dağıntılara səbəb ola biləcək hiss olunan zəlzələ kimi qiymətləndirirlər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin maqnitudası 4,4 olub. Zəlzələnin episentri Ust-Barguzin qəsəbəsindən 30 kilometr cənub-qərbdə və Ulan-Ude şəhərindən 180 kilometr şimalda yerləşib. Ocaq 10 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində Rusiyanın həmin regionunun sakinləri arasında xəsarət alan olmayıb, dağıntılar qeydə alınmayıb.

Mövzuya görə xəbərlər