Son dəqiqə

Rusiya

Rusiyanın sərnişin təyyarəsi Qazaxıstanda həyəcan siqnalı göndərib

Bakı.TurkicWorld:

Rusiyanın "S7" aviaşirkətinə məxsus Novosibirskdən Mahaçqalaya uçan təyyarə Qazaxıstan üzərində olarkən həyəcan siqnalı ötürüb.

Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, uçuş zamanı təyyarə istiqamətini kəskin dəyişərək Omsk şəhəri istiqamətində hərəkət edib. Təyyarənin göyərtəsində 190-a yaxın sərnişinin olduğu güman edilir

Digər təfərrüatlar açıqlanmır.

Mövzuya görə xəbərlər