Bakı.TurkicWorld:
Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərini Belarus ərazisində dəyişdirib.
Bu barədə "Parlamentskaya Qazeta" yazır.
Nəşrin məlumatına görə, Ukrayna tərəfinə 252 cəsəd təhvil verilib, Rusiya tərəfi isə 25 meyit təhvil alıb.
Bundan əvvəl hərbçilərin meyitlərinin əvvəlki mübadiləsi sentyabrın 17-də baş tutub. Həmin vaxt Moskva 23 cəsədi, Kiyev isə 252 meyiti qarşı tərəfə təhvil vermişdi.







