Son dəqiqə

Azərbaycan Ukrayna

Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi

Bakı,TurkicWorld

Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib.

TurkicWorld-un məlumatına görə, əməliyyat nəticəsində özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək Azərbaycan vətəndaşlarını aldadan və onların pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılıb.

Saxlanılan şəxslər Azərbaycana gətirilib.

DİN-in yaxın saatlarda əməliyyatın təfərrüatları barədə geniş məlumat yayacağı gözlənilir.

Mövzuya görə xəbərlər