Bakı,TurkicWorld
Bakıda keçirilən İtaliya-Azərbaycan biznes-forumu çərçivəsində iki ölkənin dövlət qurumları, agentlikləri və şirkətləri arasında bir sıra saziş və müqavilələr imzalanıb, sənədlər mübadilə edilib.
TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, İqtisadiyyat Nazirliyinin rəsmisi Yusif Abdullayev, İtaliya Ticarət Agentliyinin (ITA) prezidenti Matteo Zoppas və "Salone del Mobile.Milano" sərgisinin prezidenti Maria Porro iştirak ediblər.
Mərasimdən sonra tədbir iştirakçılarının rəsmi fotosu çəkilib.







