Son dəqiqə

zəlzələ

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

Bakı, TurkicWorld

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Məlumata əsasən, zəlzələ yerli vaxtı ilə 01:25-də baş verib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

00:25

İranın Xoy şəhəri yaxınlığında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 22:21-də baş verən zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların episentri Türkiyənin Van vilayətinin Özalp rayonundan 47,59 kilometr məsafədə qeydə alınıb.

Mövzuya görə xəbərlər