Bakı, TurkicWorld:
Burak Özçivit 24 dekabr 1984-cü ildə İstanbulda dünyaya gəlib. O, əslən Qaziantepdəndir. Kazım İşmen Liseyini müvəffəqiyyətlə bitirdikdən sonra universitetə daxil olub və Gözəl Sənətlər Fakültəsinin Fotoqrafiya bölməsini bitirib.
O, 2003-cü ildə Best Model Of Turkey yarışmasında göstərdiyi performans ilə aktyorluq kariyerasına ilk addımını atıb. Tanınmış aktyor müsabiqədən “ Gələcək vəd edən” titulunu alıb. Model kimi çalışan və Uğurkan Erez Agentliyi ilə əməkdaşlıq edən aktyor 2005-ci ildə yenidən müsabiqəyə qatılaraq birincilik qazanıb. Daha sonra o, Best Model of The World-də iştirak edib və dünyanın ikinci ən yaxşı modeli seçilib. Faruk Saraç Abbate, Tween və Network kimi brendlərin dəfilələrində və beynəlxalq brend dəfilələrində iştirak edib.
Bu uğura görə aktyor seriallar, filmlər, reklam çarxları və moda nümayişləri üçün təkliflər alıb. Faruk Sayaç, Tween, Abbate və Network kimi məşhur brendlərin promosyonlarında modellik edib. Hazırda o, modellik fəaliyyətini dayandırıb.
İlk aktyorluq təcrübəsi kimi Minus 18 (-18) serialında gənc komissar Murat obrazını canlandırıb. O, 2007-ci ilin noyabrında kinoteatrlarda nümayiş olunan “Musallat” filmində rol alıb. Daha sonra “Zoraki Koca” serialında rol alıb. 2008-ci ilin yayında “Baba Ocağı” serialında Güvən adlı obrazı canlandırıb.
Daha sonra “Gossip Girl”-dan ilhamlanaraq çəkilən "Küçük Sırlar" serialında Çetin rolunu canlandırıb.
O, 2011-2012-ci illərdə “Muhteşem Yüzyıl” serialında Malkoçoğlu obrazını canlandırıb. 2013-cü ildə Reşat Nuri Güntekinin eyniadlı romanı əsasında "Çalıkuşu" serialında Kamuran obrazını canlandırıb. Bir qədər sonra "Çalıkuşu"nda baş rolu paylaşdığı Fahriye Evcen ilə bu dəfə "Aşk Sana Benzer" filmində çəkilib. 2015-ci ildə başlayıb 2017-ci ildə bitən "Kara Sevda" serialında rol alıb.
Hazırda isə Osmanlı dövləti tarixi əsasında çəkilən “Kuruluş Osman” serialında rolu davam edir.