BAKI,TurkicWorld
Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Ədliyyə Sammitində iştirak edib.
TurkicWorld xəbər verir ki, oktyabrın 8–9-da Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammitə dünyanın 30-dan çox ölkəsindən 1200-ə yaxın nümayəndə qatılıb. İştirakçılar arasında ədliyyə və məhkəmə qurumlarının, hüquq təsisatlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb.
Sammitdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn aliliyinin təmin edilməsinin, ədalətin və insan hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində beynəlxalq humanitar hüququn tətbiqi, arbitraj, hüquq peşəsinin gələcəyi, beynəlxalq ədliyyə sistemi, insan hüquqları və rəqəmsal dövrdə ədliyyənin rolu müzakirə olunub.







