Son dəqiqə

İran İstanbul İstanbul Hava Limanı Caspian Airlines İran hava yolları

İstanbul hava limanında İranın “Caspian Airlines” şirkətinə məxsus təyyarəyə həbs qoyulub

BAKI,TurkicWorld

İranın “Caspian Airlines” hava yolu şirkətinə məxsus təyyarəyə 3 milyon avro borc səbəbindən İstanbul hava limanında həbs qoyulub.

TurkicWorld xəbər verir ki, İrandan İstanbul hava limanına uçuşlar həyata keçirən şirkətin nəzarət xidməti göstərən bir müəssisəyə borcu ilə əlaqədar hüquqi icraat başlanıb. Borcun ümumi məbləğinin 3 milyon avro olduğu bildirilir.

Kreditor şirkətin vəkilləri və icra məmurları İstanbul hava limanına gələrək həmin vaxt İrana uçmağa hazırlaşan, EP-KPB qeydiyyat nişanlı təyyarənin havaya qalxmasına icazə verilməməsini tələb ediblər.

Bundan sonra təyyarədə olan sərnişinlərin endirilməsi barədə göstəriş verilib. Sərnişinlər hava limanının sərnişin bölməsinə aparılıb, təyyarə barəsində isə borcun ödənilməsinin təmin edilməsi məqsədilə həbs tədbiri tətbiq olunub.

Mövzuya görə xəbərlər