Son dəqiqə

Qazaxıstan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyəli turistlər Türkiyə Mədəniyyət və Turizm Naziri xarici turist axını Türkiyə turistik səfərlər

Türkiyəyə səfər edən Qazaxıstan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026 -cı ilin fevral ayında Qazaxıstandan Türkiyəyə 30 min 549 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 6,14 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,44 faiz təşkil edib.

2026-cı ilin yanvar-fevral aylarında Qazaxıstandan Türkiyəyə 60 min 20 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,56 faiz çoxdur.

2025-cı ilin yanvar-fevral aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,37 faiz azalıb təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin fevralında Türkiyəyə 2 milyon 126 min 698 turist səfər edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 9,13 faiz çoxdur.

2026 -cı ilin yanvar-fevral aylarında 4 milyon 373 min 337 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,70 faiz çoxdur.

Mövzuya görə xəbərlər