Son dəqiqə

Özbəkistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm xarici turist axını Türkiyə turistik səfərlər

Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026 -cı ilin mart ayında Qırğızıstandan Türkiyəyə 12 min 519 turist səfər edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 10 faiz çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,59 faiz təşkil edib.

2026-cı ilin yanvar-mart aylarında Qırğızıstandan Türkiyəyə 28 min 71 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,45 faiz çoxdur.

2025-cı ilin yanvar-mart aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,64 faiz azlıq təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin martında Türkiyəyə 2 milyon 126 min 698 turist səfər edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 9,13 faiz çoxdur.

2026 -cı ilin yanvar-mart aylarında 4 milyon 373 min 337 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,70 faiz çoxdur.

Mövzuya görə xəbərlər