Son dəqiqə

Azərbaycan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Mədəni turizm təcrübələri Türkiyəli turistlər Turizm rekordları Turizm infrastrukturu Türkiyə Mədəniyyət və Turizm Naziri Turistik şəhərlər turizm siyasəti turistik səfərlər

Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026 -cı ilin fevral ayında Azərbaycandan Türkiyəyə 61 min 22 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 2,73 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,83 faiz təşkil edib.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 115 min 535 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,60 faiz azdır.

2025-cı ilin yanvar-fevral aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,64 faiz azalıb təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin fevralında Türkiyəyə 2 milyon 126 min 698 turist səfər edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 9,13 faiz çoxdur.

2026 -cı ilin yanvar-fevral aylarında 4 milyon 373 min 337 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,70 faiz çoxdur.

Mövzuya görə xəbərlər