BAKI,TurkicWorld Orxan Qədirzadə
2026 -cı ilin iyun ayında Azərbaycandan Türkiyəyə 66 min 684 turist səfər edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 6,56 faiz azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,37 faiz təşkil edib.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 319 min 679 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,84 faiz çoxdur.
2025-cı ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,10 faiz çoxluq təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin iyun ayında Türkiyəyə 4 milyon 856 min 862 turist səfər edib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 3,58 faiz azdır.
2026 -cı ilin yanvar-iyun aylarında 15 milyon 226 min 624 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,56 faiz azdır





