Son dəqiqə

Özbəkistan turizm Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm infrastrukturu Türkiyə Mədəniyyət və Turizm Naziri Turizm müsbət və mənfi təsirləri xarici turist axını Türkiyə turizm siyasəti turistik səfərlər

Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026 -cı ilin fevral ayında Özbəkistandan Türkiyəyə 43 min 746 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 7,1 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 2,6 faiz təşkil edib.

2026-cı ilin yanvar-fevral aylarında Özbəkistandan Türkiyəyə 89 min 645 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,65 faiz çoxdur.

2025-cı ilin yanvar-fevral aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 2,5 faiz artım təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin fevralında Türkiyəyə 2 milyon 126 min 698 turist səfər edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 9,13 faiz çoxdur.

2026 -cı ilin yanvar-fevral aylarında 4 milyon 373 min 337 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,70 faiz çoxdur.

Mövzuya görə xəbərlər