BAKI, TurkicWorld, Nailə Babazadə
2026 -cı ilin fevral ayında Qırğızıstandan Türkiyəyə 12 min 59 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 10 faiz çoxdur.
Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,59 faiz təşkil edib.
2026-cı ilin yanvar-fevral aylarında Qırğızıstandan Türkiyəyə 28 min 715 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,45 faiz çoxdur.
2025-cı ilin yanvar-fevral aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,64 faiz azalıb təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin fevralında Türkiyəyə 2 milyon 126 min 698 turist səfər edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 9,13 faiz çoxdur.
2026 -cı ilin yanvar-fevral aylarında 4 milyon 373 min 337 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,70 faiz çoxdur.







