Son dəqiqə

FETÖ Türkiyə Ədliyyə Nazirliyi FETÖ xarici maliyyə dəstəyi FETÖ qaralama kampaniyası FETÖ terror təşkilatı Türkiyə Ədliyyə Sistemi Akın Gürlek

Türkiyə 119 ölkədən iki mindən çox FETÖ üzvünün ekstradisiya edilməsini tələb edib

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyənin Ədliyyə naziri Akın Gürlek sosial şəbəkə hesabında etdiyi paylaşımda FETÖ terror təşkilatına qarşı mübarizənin kəsintisiz davam edəcəyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, nazir qeyd edib ki, bu mübarizə təkcə təhlükəsizlik məsələsi deyil, birbaşa Türkiyənin gələcəyini maraqlandıran milli məsələdir.

Akın Gürlek 15 iyul çevriliş cəhdini xatırladaraq 119 ölkədən 2 min 707 təşkilat üzvünün ekstradisiyasının tələb edildiyini bildirib. O, dost və müttəfiq ölkələrdən bu istiqamətdə konkret addımlar gözlədiklərini və konstitusiya quruluşunu hədəf alan bu qruplaşmanın xaricdəki fəaliyyətlərinə qarşı hüquqi addımların qətiyyətlə davam etdiriləcəyini bəyan edib.

Mövzuya görə xəbərlər